logo

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib

17:31 01-02-2023 | icon 1456
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib

Prezident İlham Əliyev fevralın 1-də “Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Sərəncamda deyilir: "Dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Babayev Fuad Muxtar oğlu

Bayramova Şəfəq Zaqif qızı

Əkbərov Qadir Xalis oğlu

Ərəbov Orxan Namiq oğlu

Qədimbəyova Günay Rüfət qızı

Qədirov Mübariz Yusif oğlu

Niftəliyeva Vüsalə Sahib qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Həsilov Elvin Bəxtiyar oğlu

İsaqov Natiq Cankişi oğlu

Paşayeva Nisə Fazil qızı

Rzayeva Cəmilə Ramiz qızı".