logo

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib

17:17 01-02-2023 | icon 1365
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.