logo

Bu gün 281 doza vaksin vurulub

16:56 01-02-2023 | icon 1694
Bu gün 281 doza vaksin vurulub

Fevralın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 281 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 88, ikinci doza vaksinlərin sayı 81, üç və daha çox doza vaksinlərin sayı 93, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 19-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 942 min 856, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 406, ikinci mərhələ üzrə 4 milyon 877 min 112, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 57, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 281-dir.