logo

Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

16:32 01-02-2023 | icon 1624
Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 698 nəfər müalicə olunaraq sağalıb, 10 min 87 nəfər vəfat edib. Aktiv xəstə sayı 198 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 849, bu günə qədər isə ümumilikdə 7 milyon 489 min 399 test icra olunub.