logo

53 yaşlı Qusar sakini Bakıda itkin düşüb

10:10 01-02-2023 | icon 959
53 yaşlı Qusar sakini Bakıda itkin düşüb

Qusar rayonu ərazisində yaşayan 53 yaşlı Feyruz Muradov ötən il dekabrın 31-də yaşadığı ünvandan çıxıb Bakı şəhərinə işləmək adı ilə gedərək bir daha geri qayıtmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 şəhər və (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.