logo

Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub

17:57 31-01-2023 | icon 1442
Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Terezi" Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov ilə görüşüb.

KOBİA-dan YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlığa və bu sahədə təşəbbüslərin reallaşdırılmasına birgə dəstəyə dair fikir mübadiləsi aparılıb.