logo

Qanunsuz ov edənlər cəzalandırılıblar

15:59 30-01-2023 | icon 875
Qanunsuz ov edənlər cəzalandırılıblar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov YeniAvropa-ya bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Namiq Əliyev, Ramin Hüseynov, Lənkəran rayon sakinləri Samid Ağayev, İlham Mirzəyev, Yevlax rayon sakinləri Yusif Yusifov, Yusif Aslanov, Samir Rüstəmov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 350 metr uzunluğunda 20 ədəd sintetik tor yığışdırılıb: “Ayrı-ayrı inzibati rayonların ərazisində isə ov qaydalarını pozduqlarına görə Lənkəran rayon sakini Mehti Dadaşov və Xaçmaz rayon sakini Vasif Hacıyev saxlanılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.