logo

Gəncə sakinindən “Kalaşnikov” avtomatı götürülüb

12:08 30-01-2023 | icon 973
Gəncə sakinindən “Kalaşnikov” avtomatı götürülüb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov saxlanılaraq baş idarəyə gətirilib. Onun üstündə şəxsi axtarış keçirilən zaman əlindəki torbadan bir ədəd, atəşə yararlı, “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.