logo

Bu gün Abşeron rayonunun iki qəsəbəsində su olmayacaq

11:55 30-01-2023 | icon 924
Bu gün Abşeron rayonunun iki qəsəbəsində su olmayacaq

Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib  ki, buna magistral su kəmərində baş vermiş qəza səbəb olub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.