logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

10:10 30-01-2023 | icon 861
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə  ölkə ərazisində törədilmiş 114 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarılan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb.

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.