logo

Şəmkir sakini 2-ci mərtəbədən yıxılaraq ölüb

09:29 30-01-2023 | icon 973
Şəmkir sakini 2-ci mərtəbədən yıxılaraq ölüb

Şəmkirdə bədbəxt hadisə baş verib.

 YeniAvropa xəbər verir ki,hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

B.Hacıyevin yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin 2-ci mərtəbəsindən (pilləkəndən) yıxılıb. O hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.