logo

İrandakı zəlzələ Naxçıvanda da hiss olunub

22:22 28-01-2023 | icon 1071
İrandakı zəlzələ Naxçıvanda da hiss olunub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 6,2, dərinliyi isə 10 km olub.