logo

Azərbaycan və Misir beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirir

15:15 28-01-2023 | icon 1806
Azərbaycan və Misir beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirir

Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik, eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var.

YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı deyib ki, çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaq.