logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

10:50 28-01-2023 | icon 798
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 50 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarılan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.