logo

Azərbaycan İsrailə başsağlığı verib

23:13 27-01-2023 | icon 910
Azərbaycan İsrailə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi(XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə XİN-in  "Twitter" hesabında paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - Azərbaycanın xarici siyasət idarəsi başsağlığıda qeyd edib.

Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.