logo

Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN

21:11 27-01-2023 | icon 1267
Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN

Pakistan hökuməti və xalqı Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dərin kədər hissi keçirir.

YeniAvropa xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Pakistan hökuməti həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalması üçün dua edib. Rəsmi bəyanatda daha sonra bildirilir ki, Pakistan bu kədərli anda qardaş Azərbaycan xalqı ilə həmrəydir.