Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinindən qanunsuz olaraq saxladığı odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Naqan” tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
