logo

Bu gün Azərbaycanda 350 doza vaksin vurulub

17:34 26-01-2023 | icon 1995
Bu gün Azərbaycanda 350 doza vaksin vurulub

Yanvarın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 350 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 169, ikinci doza vaksinlərin sayı 44, üç və daha çox doza vaksinlərin sayı 114, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 202, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 798, ikinci mərhələ üzrə 4 milyon 876 min 797, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 440, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 167-dir.