logo

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

17:17 26-01-2023 | icon 1785
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 43 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 827 min 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 504 nəfər müalicə olunaraq sağalıb, 10 min 77 nəfər vəfat edib. Aktiv xəstə sayı 242 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 183, bu günə qədər isə ümumilikdə 7 milyon 479 min 912 test icra olunub.