logo

Mərkəzi Nəbatat Bağındəkı ağaclar kəsilir?

19:49 24-01-2023 | icon 875
Mərkəzi Nəbatat Bağındəkı ağaclar kəsilir?

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatat Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bakı şəhər İcra Hakimiyyətindən YeniAvropa-ya bildirilib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə, orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.

"Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim edilən və təsdiqlənməyən bir çox layihələrdən biridir",-deyə meriyanın açıqlamasında bildirilib.