logo

Özbəkistan prezidenti Ceyhun Bayramovu qəbul edib

18:18 24-01-2023 | icon 490
Özbəkistan prezidenti Ceyhun Bayramovu qəbul edib

Yanvarın 24-də Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

Nazir Ceyhun Bayramov görüş zamanı İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.

Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov ilə görüşüb. Tərəflər arasında, ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.