logo

Bu gün Laçın-Xankəndi yolundan sülhməramlıların 50 avtomobili keçib

15:30 23-01-2023 | icon 1050
Bu gün Laçın-Xankəndi yolundan sülhməramlıların 50 avtomobili keçib

Erməni təbliğatının yalan məlumatlarına rəğmən , bu gün də Şuşadan keçən Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

YeniAvropa xəbər verir ki, gün ərzində ekofəalların toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Yük avtomobilləri Laçından Xankəndiyə və əks istiqamətdə maneəsiz hərəkət ediblər.

Bu saata olan məlumata görə  gün ərzində hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı artıq 50-yə çatıb.