logo

Prokurorluq KTN-in Gəncədəki institutunda külli miqdarda mənimsəmələr aşkarlayıb

15:15 23-01-2023 | icon 994
Prokurorluq KTN-in Gəncədəki institutunda külli miqdarda mənimsəmələr aşkarlayıb

Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılıb.

Şəhər prokurorluğundan  YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.