logo

Naxçıvanda arvadını öldürən kişinin məhkəməsi başlayır

13:33 23-01-2023 | icon 1043
Naxçıvanda arvadını öldürən kişinin məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Şərur Rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumata bildirilib ki, istintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.