logo

Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut olacaq

10:50 20-01-2023 | icon 1337
Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut olacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi(BŞYPİ) vətəndaşlara müraciət edib.

 YeniAvropa xəbər verir ki, BŞYPİ-nin açıqlamasında bildirib.

Qeyd edilib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:

"Sürücülərdən xahiş olunur ki həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq"