logo

Bu gün təhsil ocaqlarında ilk dərslər 20 Yanvar faciəsinə həsr ediləcək

09:29 19-01-2023 | icon 3906
Bu gün təhsil ocaqlarında ilk dərslər 20 Yanvar faciəsinə həsr ediləcək

Bu gün təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.