Ötən il Neft Fondundan dövlət büdcəsinə 7,9 milyard manat vəsait transfert edilib
Hesabat dövrü ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 923 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Fonddan YeniAvropa-ya verilən məlumata əsasən, 2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.
Qeyd olunub ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 15,2 milyon manat yönəldilib.