logo

Dövlət Neft Fondunun aktivləri 49 milyard dolları ötüb

17:59 18-01-2023 | icon 2443
Dövlət Neft Fondunun aktivləri 49 milyard dolları ötüb

2022-ci il dekabrın 31-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dollar) nisbətən 8,9 faiz artaraq 49 milyard 33,6 milyon ABŞ dolları təşkil edib.

ARDNF-dan YeniAvropa-ya bildirilib ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində qurumun büdcə gəlirləri 9 milyard 586 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 milyard 699 milyon ABŞ dolları olub.

Həmin dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 milyard 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 milyard 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər isə 5,6 milyon manat təşkil edib.