logo

Əhalinin banklardakı əmanətləri 12 milyard  manata çatır

16:56 18-01-2023 | icon 2317
Əhalinin banklardakı əmanətləri 12 milyard  manata çatır

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 28 faiz artaraq 2022-ci il dekabrın 1-nə milli valyuta ekvivalentində 11 milyard 588,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, əmanətlərin 61,1 faizi milli, 38,9 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 18,7 faiz artıb.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,80 (1,79) manata, 100 türk lirəsinə 9,11 (10,43) manata, 100 rus rubluna 2,59 (2,52) manata bərabər olub.