Astarada sitrus bağlarını şaxta vurub
Bir neçə gün əvvəl cənub bölgəsinə yağan qar və havanın şaxtalı keçməsi səbəbindən Astaranın sitrus bağlarına ciddi ziyan dəyib. Narıngi anbarlarda çürüyüb, portağalı isə şaxta vurub.
YeniAvropa xəbər verir ki, əsas dolanışıqları narıngi və portağal bağlarından çıxan təsərrüfat sahibləri əlacsız vəziyyətə düşüblər. Bu il bol məhsula sevinən təsərrüfatçılar ucuz olduğundan meyvəni satmağa tələsməyiblər. Narıngini kustar üsulla anbarlarda, portağalı isə ağaclarda saxlayıblar - zamanı gələndə daha sərfəli qiymətə sata bilsinlər deyə. Amma gözləntiləri özünü doğrultmayıb.
Miki kənd sakini Valeh Mürsəlov KİV-ə müsahibəsində ona külli miqdarda ziyan dəydiyini deyib: “10 min manata yaxın ziyan dəyib. Məhsulu hər il yanvarın axırı dərirdim. Bu il də o fikirdə idim ki, yanvarın axırı dərərik. Elə olanda mart ayınadək qalır. Narıngini vaxtında dərsək də, 20-30 qəpik olduğundan sata bilmədik. Heç dərman pulu çıxmır. Son günlər qiyməti 50 qəpiyə qalxıb. Portağal isə 60-70 qəpiyədir indi”.
Kəndin demək olar bütün sitrusçuları eyni problemlə üzləşiblər. Bu il qazanc götürə bilməyən təsərrüfat sahibləri çıxılmaz vəziyyətdədirlər.
Təsərrüfat sahibləri deyirlər ki, ərazidə soyuducu anbar olmadığından meyvəni ev şəraitində saxlamağa məcburdurlar. Bu il yağıntılar çox düşdüyündən rütubət maksimum həddə çatıb. Bu da məhsulun çürümə riskini artırıb.
Bölgədə son illər sitrusçuluğun daha çox inkişaf etməsi və məhsul bolluğu ixrac imkanlarını labüd edir. Təsərrüfatçıların sözlərinə görə, məhsullarını xarici bazara çıxara bilmirlər. Elə problemin kökündə duran əsas səbəblərdən biri də budur.
Qeyd edək ki, Astarada 2417 hektar narıngi, 450 hektar portağal bağı var. Bağlardan 42 min ton narıngi, 5 min ton portağal tədarük olunub.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov