Davos İqtisadi Forumunun gündəliyi bəlli olub
Davos İqtisadi Forumu 2023-cü ildə son dövrün ən təsirli geosiyasi və geoiqtisadi məsələlərinin qabarıq olduğu məqamda “Fraqmentasiya olmuş dünyada əməkdaşlıq” mövzusunda keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yanvarın 16-20-də keçiriləcək Forum hazırda dünyada baş verən bir sıra hadisələrin, COVID-19 pandemiyasından geriyə qalan təklif zəncirindəki qırılmaların və Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirlərini müzakirə edəcək.
Davos İqtisadi Forumunun builki gündəliyində beş tematik mövzu üstünlük təşkil edir. Enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji və ərzaq böhranlarının həll edilməsi əsas prioritet müzakirə mövzularından biri olacaq. Digər müzakirə mövzusu yüksək inflyasiya, aşağı artım, yüksək borclu iqtisadiyyatlar kimi problemlərin həllində rol oynayan investisiyanın, ticarətin və infrastrukturların yeni sistemlər vasitəsilə inkişaf yollarıdır. Həmçinin Dördüncü Sənaye İnqilabı (4İR), iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya və dayanıqlılığı artırmaq üçün potensial texnologiyalardan istifadə ətrafında mövzular Davos İqtisadi Forumun gündəliyinə daxil edilib. Bütün bunlarla yanaşı, qlobal iqtisadi böhran çərçivəsində iş yerlərinin bağlanması, məşğulluğun azalması, real gəlirlərin düşməsi kimi sosial problemlərin təhsilə, insan kapitalına və səhiyyəyə investisiyaların artırılması ilə aradan qaldırılmasının mümkünlüyü müzakirə mövzusu olacaq.
Qütbləşən qlobal münasibətlərdə mövcud geosiyasi risklərin aradan qaldırılması üçün yeni qlobal sistemin yaradılması mövzusu da aktuallıq təşkil edəcək.
Davos İqtisadi Forumunun gündəliyinə uyğun olaraq, 2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata əsasən, mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb. 2025-ci ilə gedən yolda isə iki illik risklərə “borc böhranları”, “qiymət trayektoriyalarının sabitləşdirilməməsi”, “iqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “iqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “geniş yayılmış kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “ətraf mühitə böyük ziyan vuran hadisələr” daxil edilib.
Qlobal Risk Hesabatında Qlobal Risk Qavrama Sorğusunun (GRPS) 10 illik risklər kateqoriyasında isə daha çox ekosistem ilə bağlı böhranlar qeydə alınıb. Belə ki, “İqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “İqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “Təbii fəlakətlər və ekstremal hava hadisələri” və “Biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması” əsas böhrana aparacaq risk kateqoriyalarıdır.
Qeyd edək ki, bu il Davos İqtisadi Forumu 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı, 52 dövlət və hökumət başçılarının qatılması ilə baş tutacaq.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov