logo

Sabah Bakıda 6° isti olacaq

15:15 12-01-2023 | icon 1155
Sabah Bakıda 6° isti olacaq

Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2°, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 781 millimetr civə sütunundan 777 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Gecə şəhərətrafı yolların buz bağlayacağı proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimal edilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20°, gündüz 3-8° şaxta olacağı ehtimalı var.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.