logo

Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var

14:52 12-01-2023 | icon 1064
Reyestrdən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var

“Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”.

YeniAvropa xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, onlar qalan müddət ərzində müraciət edə bilərlər:

“Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.