logo

Media Reyestrinə indiyədək 160 media subyekti daxil edilib

14:12 12-01-2023 | icon 1169
Media Reyestrinə indiyədək 160 media subyekti daxil edilib

Azərbaycanda Media Reyestrinə daxil olmaq üçün 200-ə yaxın media subyekti müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, müraciət edən media subyektlərindən 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.

Ə.İsmayılov bildirib ki, 180-ə yaxın jurnalist isə Media Reyestrinə daxil edilib:

“Reyestrə daxil edilmək üçün jurnalistlərin müraciəti könüllüdür”.