logo

Azərbaycanla Serbiya yeni investisiya sazişi imzalayıb

16:41 11-01-2023 | icon 2093
Azərbaycanla Serbiya yeni investisiya sazişi imzalayıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Serbiya Ticarət və Sənaye Palatası (CCIS) arasında qarşılıqlı anlaşma və əməkdaşlıq sazişi imzalanıb.

ASK-dan YeniAvropa-ya  bildirilib ki, ölkəmizin ixracat və investisiya potensialının artırılması, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə konfederasiyanın xarici əlaqələr üzrə müəyyən edilmiş prioritetlərinə uyğun olaraq, digər ölkələrdə mövcud olan biznesə dəstək təşkilatları ilə əməkdaşlığın genşləndirilməsi davam etdirilir.

Belə ki, Serbiyada fəaliyyət göstərən biznes dairələri ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də ölkəmizdə mövcud olan sahibkarlıq subyektlərinin ixracat-idxalat potensialının və hər iki ölkədə investisiya qoyuluşlarının artırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Serbiya Ticarət və Sənaye Palatası arasında qarşılıqlı anlaşma və əməkdaşlıq sazişi imzalanıb.

Sazişə əsasən, ASK və CCIS tərəfindən qarşılıqlı biznes missiyaların, sərgilərin və işgüzar forumların keçirilməsi, potensial layihələrin birgə reallaşdırılması, həmçinin məlumat mübadiləsi və ya mütəxəssislər vasitəsilə qabaqcıl təcrübənin öyrənilməsi planlaşdırılır.