2022-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağından 9 milyard 889 milyon ABŞ dolları gəlir əldə edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Neft Fondundan bildirilib.
Qeyd edilib ki, bir il ərzində “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 443 milyon dollar gəlir əldə olunub.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.