logo

Ləğv edilən “Atabank"ın əmlakı açıq hərraca çıxarılır

14:34 10-01-2023 | icon 1953
Ləğv edilən “Atabank"ın əmlakı açıq hərraca çıxarılır

Yanvarın 18-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan YeniAvropa-ya bildirilib ki, daşınmaz əmlak, Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, 204A ünvanında istifadədə olan 0,0020 hektar torpaq sahəsində yerləşən (ü/s 16,6 kvadratmetr) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 15 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).