logo

Yanvarın 12-dək bəzi avtomobil yolları buz bağlayacaq

12:52 10-01-2023 | icon 910
Yanvarın 12-dək bəzi avtomobil yolları buz bağlayacaq

Yanvarın 12-dək yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da yolların buz bağlayacağı ehtimal edilir.

Həmçinin bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görmə məsafəsinin 100-600 metrədək məhdudlaşacağı ehtimalı var.

Hava şəraiti ilə bağlı sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.