logo

Yevlaxda kanalda batan şəxsin kimliyi məlum olub 

17:31 09-01-2023 | icon 952
Yevlaxda kanalda batan şəxsin kimliyi məlum olub 

Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində batması ehtimal edilən şəxsin kimliyi məlub olub.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi(FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.

Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.