Uçuş proqramının inkişafı çərçivəsində 2023-cü ilin mart ayında “Azərbaycan Hava Yolları” QSC(AZAL) aviaşirkəti Bakı şəhərindən Qazaxıstanın ən böyük şəhərinə - Almatıya uçuşlar yerinə yetirməyə başlayacaq.
AZAL-dan YeniAvropa-ya bildirilib ki, martın 17-dən etibarən QSC həftədə iki reys tezliyi ilə - çərşənbə axşamı və cümə günləri Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməyi nəzərdə tutur.
Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında - www.azal.az tanış ola bilərsiniz. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytında, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişin kateqoriyası qəbul ediləcək.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.
Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.
Qeyd edək ki, hazırda AZAL-ın tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.