logo

Faktiki hava:Bakıda qar yağır, 2° şaxta qeydə alınıb

09:29 09-01-2023 | icon 1001
Faktiki hava:Bakıda qar yağır, 2° şaxta qeydə alınıb

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü İsmayıllıda 30, Xaltanda 21, Qubada 20, Altıağacda 16, Lerikdə 15, Sarıbaş, Yardımlıda 14, Şabranda 13, Şəki, Biləsuvarda 8, Qusarda 7, Oğuz, Şahbuz, Daşkəsəndə 5, Qobustanda 4, Sədərəkdə 3, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2, Bərdə, Göyçay, Astara, Ağdamda 1, Sumqayıtda 8, Bakıda 2 santimetrədək olub.

"Düşən yağıntının miqdarı Astarada 16, Lerikdə 15, Biləsuvarda 9, Qax, Lənkəranda 8, Oğuz, Qəbələdə 7, Qubada 6, Neftçala, Göyçayda 5, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1, Sumqayıtda 9, Bakıda 3, Maştağa, Binə, Pirallahıda 1 millimetrədək olub".

A.Verdiyev onu da qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.