logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

10:30 07-01-2023 | icon 1267
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 75 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarılan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı doqquz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.