logo

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 27-ci günü

09:29 07-01-2023 | icon 1393
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 27-ci günü

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 27-ci gündür davam edir.

YeniAvropa xəbər verir ki,  havanın şaxtalı olmasına baxmayaraq, bu gün səhər saatlarında aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar ənənəvi olaraq Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu şüarların əks edildiyi plakatlar qaldırır, şüarlar səsləndirirlər.