logo

Komissiya 35 nəfərə elmi dərəcə verməkdən imtina etdi

19:49 06-01-2023 | icon 1057
Komissiya 35 nəfərə elmi dərəcə verməkdən imtina etdi

Ötən ilin dekabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Prezident yanında Ali Attestasiya Komissiyasından YeniAvropa-ya bildirilib ki, ötən ay 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Həmçinin 63 nəfərə fəlsəfə doktoru, 18 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.

Dekabr ayı ərzində 23 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 3 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.