logo

Kürdəmirdə qısqanc ər arvadını öldürdü

18:46 06-01-2023 | icon 1106
Kürdəmirdə qısqanc ər arvadını öldürdü

Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Kürdəmir rayon Prokurorluğundan bildirilib. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.