logo

Füzuli şəhərinin ilk yaşayış məhəlləsi-24 binanın tikintisi ilin sonunda başa çatacaq

11:33 06-01-2023 | icon 2590
Füzuli şəhərinin ilk yaşayış məhəlləsi-24 binanın tikintisi ilin sonunda başa çatacaq

İşğaldan azad olunan Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin inşası davam etdirilir.

YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi 8,9 hektar ərazini əhatə edir. Ərazidə 846 mənzildən ibarət 38 bina inşa olunacaq. Binalar 4, 5, 6 və 7 mərtəbəli olacaq. Mənzillərin 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlıdır. Bütün binalar yeraltı dayanacaqla və liftlə təmin olunacaq. Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının, qazanxananın, elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub. Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək.

Artıq 24 binada tikinti işləri aparılır, 14 binada isə tender həyata keçirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

İş icraçısı Yengibar Məmmədhəsənov yaşayış məhəlləsinin birinci kvartalında görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda birinci məhəllədə inşa olunan 6 binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Bununla paralel olaraq xarici divarların hörgüsü və suvaq işləri də həyata keçirilir. Binalar 144 mənzildən ibarətdir. Bunlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlıdır. Binaların zirzəmisi avtomobil dayanacağı üçün nəzərdə tutulub.