logo

Qobustanda 3 maşın toqquşdu,yanacaqdaşıyan maşın aşdı, sürücüsü öldü

12:12 03-01-2023 | icon 8239
Qobustanda 3 maşın toqquşdu,yanacaqdaşıyan maşın aşdı, sürücüsü öldü

Baş Dövlət Yol Polisi İdarəsindən(BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

BDYPİ-dən YeniAvropa-ya bildirilib ki,bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı yanacaqdaşıyan avtomobil və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb, “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin(FHN) Mətbuat Xidmətindən verilən məlumata görə,  bu gün səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub..

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.

Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.n edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.