logo

Bəstəkar Oqtay Rəcəbov vəfat edib

16:56 15-12-2022 | icon 8946
Bəstəkar Oqtay Rəcəbov vəfat edib

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov bu gün 81 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olan bəstəkar 4 opera, 3 musiqili komediya, 3 simfoniya, 2 oratoriya, 1 kantata və 500 mahnının müəllifidir. O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib. Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var. Bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professor idi.

Bəstəkarın uşaq mahnıları 6 məcmuədə çap olunub.