logo

Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda 2 min yeni iş yeri açılıb

12:32 15-12-2022 | icon 3612
Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda 2 min yeni iş yeri açılıb

İnvestisiya qoyuluşunun həcminin artırılması nəzərdə tutulub. Azərbaycanda fəaliyyət göstərən 400-dən çox Avropa şirkəti vardır. Avropa İttifaqı Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək verir. Həmin dəstək sayəsində yeni iş yerləri açılıb. Təqribən 2 min yeni iş yeri açılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko cari ilin yekunlarına həsr olunmuş media brifinqində məlumat verib.

Kənd təsərrüfatını dəstəkləyən layihələrin də mövcud olduğunu diqqətə çatdıran səfir əlavə edib: “Rekord nəticə əldə edilmiş sahə təhsildir. Təhsil sahəsində 25 universitetin iştirakı ilə üç layihə çərçivəsində “Erasmus+”a dəstək nəzərdə tutmuşuq. Pandemiyadan sonra Avropada təhsil yarmarkası keçirdik və minlərlə azərbaycanlı tələbə buna maraq göstərdi. Eyni zamanda, bir çox layihələr çərçivəsində azərbaycanlı tələbələr Avropa universitetlərində təhsil alırlar. Bununla yanaşı, Avropa İttifaqından olan tələbələrin Azərbaycana gələrək təhsil almasının şahidi oluruq”.