logo

Gələn ilin büdcəsində neftin qiyməti 50 dollar/barel müəyyən edilib

15:15 09-12-2022 | icon 2716
Gələn ilin büdcəsində neftin qiyməti 50 dollar/barel müəyyən edilib

Gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiyməti 50 dollar məbləğində müəyyən edilib.

YeniAvropa xəbər verir ki, bu rəqəm Milli Məclis tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Dövlət büdcəsi kəsirinin 2 milyard 579,9 milyon manat, inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılıb.